SEROLOJİ ÜSULLAR

Seroloji üsullar

SEROLOJI ÜSULLAR BRUSELLALARI YAYAN ORQANİZMLƏRİ

AŞKAR ETMİR VƏ KÜTLƏVİ MAYİNƏ ÜÇÜN

SƏMƏRƏLİ ÜSULLARIN AXTARILMASINI TƏLƏB EDİR

  1. Ə. BABAYEV, Ə. Ə. ALIYEV N. G. QULİYEV E. H. HƏSƏNOV
    H. G. XALİLOV F. K. GƏNCƏLİYEV O. M. SADIXLI

Mövzuya dair ədəbiyyat və şəxsi tədqiqatların nəticələrini təhlil etdikdə məlum olmuşdur ki, heyvan və insan orqanizmləri müxtəlif immun vəziyyətdə olduğundan, xəstəliyin müxtəlif dövrlərində mövcud seroloji üsullarla ona diaqnoz qoymaq çətinlik törədir. Spesifik anticismlərin axtarılmasına əsaslanan seroloji üsullar brusellaları yayan orqanizmləri aşkar etmir, brusellanın axtarılmasına əsaslanan kütləvi müayinə üçün daha səmərəli üsulların axtarılmasını tələb edir. Problemin dəqiqləşdirilməməsi səbəbindən xəstəliyin diaqnostikası və müalicəsinin təkmilləşdirilməsinə sədd çəkilmiş və xəstəliyin daha səmərəli müalicə vasitələri bu səbəbdən bu günə qədər işlənib hazırlanmamışdır! Brusella somatik antigendən və hiolironidaza fermentindən ibarətdir. Antigen orqanizmə immunogenlik, ferment isə xəstəlik törətmə qabiliyyəti verir. Brusellozun müxtəlif ştammları ilə heyvanlar üzərində çoxsaylı eksperimentlər qoyulmuş və məlum olmuşdur ki, heyvanın qan və süd serumu seroloji üsullarla müsbət verəndə həmin heyvanlarda bakterioloji, bioloji üsullar mənfi olur. Bala salma hadisələrində isə döl ətrafı mayedən brusellalar ayrılsa da lakin seroloji üsulların nəticələri mənfi olduğundan həmin heyvanların təkrar 21 gün sonra yenidən seroloji müayinəyə cəlb edilməsinə göstəriş verilir. Bu zaman heyvan brusellalardan azad olur ki, həmin dövrdə seroloji üsul müsbət olmaqla heyvanın bruselloz adlandırılaraq məcburi kəsiminə səbəb olur. İnfeksion xəstəliklər o cümlədən brusellozu xarakterizə edən bəzi əlamətlər var. Lakin seroloji üsullarla bruselloz hesab edilən heyvanlarda bruselloza xarakterik əlamətlər olmasa da heyvanlar seroloji üsulların mövcud təlimatına uyğun olaraq bruselloz adı ilə təsərrüfatlardan təcrid edilərək heyvanların məcburi kəsiminə səbəb olur. Bu isə heyvandarlıq fermer təsərrüfatlarına güclü ziyan vurmaqla bərabər bazarlarda ət və süd məhsullarının bahalaşmasına səbəb olur.