İŞİN MATERİAL VƏ METODLARI

İşin material və metodları

Aparılan praktiki tədqiqatlardan məlum olmuşdur ki, inaktivləşdirilmiş vahid bruselloz antigeninə qarşı 4 – 5 ci gün, zəiflədilmiş diri bruselloz vaksinlərinə qarşı 15 – ci gün, virulentli brusellalara qarşı isə yoluxdurulmuş hind donuzları və ada dovşanlarında 25% – ə qədər heyvanlarda 30 – cu gün spesifik anticismlər əmələ gəlir. Qalan yoluxdurulmuş hind donuzları və ada dovşanlarının 75 % – də isə 135 günə qədər mövcud seroloji reaksiyaların nəticələri mənfi, bakterioloji müayinələrin nəticələri isə müsbət olmuşdur. Deməli, brusellaların virulentlik göstəriciləri artdıqca spesifik anticismlərin əmələ gəlmə müddəti uzanır. Bu isə nəticədə brusellaları yayan heyvanların mövcud spesifik anticismlərin axtarılmasına əsaslanan seroloji üsullarla aşkar edilə bilmədiyindən, həmin heyvanların ifrazatları və məhsulları ilə xəstəliyin yayılmasına, heyvan və insanların yoluxmasına səbəb olur. Brusellozun törədiciləri qeyd etdiyimiz kimi somatik antigendən və hialironidaza fermentindən ibarətdir. Brusellaya invazivlik verən onun fermentidir. Spesifik anticismlərin əmələ gəlməsinə səbəb isə brusellanın somatik antigenidir. Bruselloz antigeni ayrılıqda çoxalmaq və ya xəstəlik törətmək qabiliyyətinə malik deyil. Komissyon yoxlama zamanı təsdiq edilmişdir ki, brusellozun somatik antigeni 3 – saat qaynadıldıqda belə spesifik anticism əmələ gətirmə qabiliyyətini itirmir. Brusellozlu heyvanların əti konservasiya, süd məhsulları isə pasterizasiya edilir. Təkrar bişirilmiş ət və pasterizə edilmiş südlə somatik bruselloz antigeni insan orqanizminə düşdükdə 7-10 gün ərzində spesifik anticismlərin əmələ gəlməsinə səbəb olmaqla, həmin insanın Rayt, Heddelson seroloji müayinə metodları ilə bruselloz adlandırılmasına və insanların bruselloz əleyhinə bakteriosid kimyəvi preparatlarla müalicəyə cəlb olunmasına və həyat üçün vacib olan orqanların funksya pozulmalarına səbəb olur. Apardığımız tədqiqatlar zamanı məlum olmuşdur ki, diaqnostik titr göstəricilərində mixbərdə əlavə olunmuş vahid bruselloz antigenini spesifik anticismlər tam (lizis) əridir, həmin çöküntü ilə bioloji sınağın nəticəsi Çəhrayı Benqal Sınağı, Həlqə Presipitasiya Reaksiyası ilə mənfi olur. Diaqnostik titrdən sonrakı titrlərdə isə mixbərdə vahid bruselloz antigeni lizis olmadığından bioloji sınaq zamanı spesifik anticismlərin əmələ gəlməsinə səbəb olur. Bu proses in vivo da getdiyindən həmin orqanizmin nəticədə brusellalardan təmizlənməsinə səbəb olmaqla təbii immunitetin yaranmasına səbəb olur ki,. bu səbəbdən heyvanlarda xəstəlik xarakterik kliniki əlamətləri ilə büruzə vermir, insanlar isə məhz bu səbəbdən başqa insanları yoluxdura bilmir və “bioloji dalan” adlandırılır! Lakin brusellozdan bala salmış heyvanların qanında xəstəliyin kəskin, gizli dövründə spesifik anticismlər olmadığı üçün seroloji üsullar mənfi göstərir. Bu məqsədlə 21.04. 2014 tarixdə Azərbaycan Dövlət Baytarlıq Nəzarət Xidmətinin 13 saylı əmri ilə yaranmış 8-nəfərdən ibarət komissya ilə birlikdə Xaçmaz rayonunun fermer təsərrüfatlarına məxsus 25 baş seroloji üsullarla xəstə hesab edilən və 20 baş sağlam heyvanlardan təkrar kompleks mövcud və yeni şərti adlandırılan “ABNUREL” Triada Reaksiyası ilə müqayisəvi müayinələr apaıldı, nəticədə 25 baş seroloji üsullarla xəstə hesab edilən iri buynuzlu cins qaramalın qan və süd nümunələri Zəncirvari Polimeraza Reaksiyası (ZPR) ilə 20 başı mənfi, yəni sağlam olmuş, ELİSA ilə İg G təyin edilmiş 25 nümunədən 1 yararsız olmuş, 2 nümunə mənfi olmuş, 22 nümunə İg G ilə müsbət olmuşdur, bakterioloji və yeni şərti adlandırılan “ABNUREL” Triada Reaksiyası ilə 25 başın hamısı mənfi olmaqla, heyvanlar sağlam hesab edilmişdir. 20 baş seroloji üsullarla sağlam hesab edilən bütün üsullarla mənfi olmuş, lakin ELİSA ilə İg G in təyini zamanı seroloji üsullarla sağlam hesab olunanın 9- nümunə də müsbət olmuşdur. Alınmış nəticələri təhlil etdikdə məlum oldu ki, qan və südün serumlarında spesifik anticismlərin aşkar edilməsinə əsaslanan seroloji üsulların (ÇBS, AR, KBR) nəticələri ilə 25 baş iri buynuzlu qaramal müsbət və bruselloz hesab edilən heyvanların müasir ZPR lə 20 baş sağlam olmuş, 5 baş müsbət olmuşdur. Sağlam 20 nümunənin hamısı sağlam olmuşdur. ELİSA ilə 22 baş serolji üsulla xəstə hesab edilən heyvanlardan götürülmüş qan və süd nümunələrinin İg G ilə nəticələri müsbət olmuş, 20 baş sağlamların 9-başı İg G ilə müsbət olmuş qalan 11 nümunə mənfi olmuşdur. Bakterioloji və yeni şərti adlandırılan “ABNUREL” Triada Reaksiyası ilə 25 xəstə və 20 baş sağlam hesab edilən heyvanların hamısı mənfi olmaqla, heyvanlar sağlam hesab edilmiş, nəticələr Azərbaycan Dövlət Baytarlıq Nəzarət Xidmətinin 13 saylı əmri ilə yaranmış komissya üzvlərinin iştirakı ilə aktlaşdırılmış və Respublika Baytarlıq Laboratoriyasının ekspertizası ilə təsdiq edilmişdir. Nəticələr Azərbaycan Tibb Univesitetinin Mikrobiologiya və İmmunologiya kafedrasında geniş müzakirə edilərək tərəfimizdən hazırlanmış yeni şərti adlandırılan “ABNUREL” Triada Reaksiyasına dair metodiki göstəriş bəyənilmiş və nəşr etdirilməsi tövsiyə edilmişdir. Azərbaycan Tibb Universitetinin Mikrobiologiya və İmmunologiya kafedrası əməkdaşlarının 13 may 2014 -cü il tarixdə keçirdiyi yığıncağın 14 saylı protokolundan çıxarış nəticədə qeyd edilir. (Azərbaycan Tibb Universitetinin Mikrobiologiya və İmmunologiya kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi,Tibb elmləri doktoru, professor: Z. Ö. Qarayev İclasın katibi: Mikrobiologiya və İmmunologiya kafedrasının baş müəllimi, b.ü.f.doktoru: S.A.Muradova hər iki imzalar 01.07.2014-cü il tarixdə Tibb Universitetinin Elmi katibi tərəfindən möhürlə təsdiq edilmişdir)