BRUSELLOZUN DİAQNOSTİKASININ TƏKMİLLƏŞDİRİLMƏSİ

Brusellozun diaqnostikasının təkmilləşdirilməsi

A. Ə. BABAYEV, Ə. Ə. ALIYEV N. G. QULİYEV E. H. HƏSƏNOV

H. G. XALİLOV F. K. GƏNCƏLİYEV O.M.SADIXLI

Bruselloz 1 əsrdən çox tarixə malik olan zooantroponoz, yəni heyvandan insana keçən xəstəlikdir. Statistik məlumatlara görə hər il təxminən Respublikada 200 – 400 nəfərdən çox insana mövcud spesifik anticismlərin axtarılmasına əsaslanan seroloji üsullarla bruselloz diaqnozu qoyularaq müalicəyə cəlb olunur. 2000 – dən çox iri və xırda buynuzlu heyvanlar həmin üsullarla bruselloz diaqnozu qoyulur. Insanlardan fərqli olaraq xəstə heyvanlar iqdisadi cəhətdən səmərəli müalicə üsulu olmadığından xüsusi rejimli kəsim şöbələrində məcburi kəsimə verilir ki, bu da hər heyvanın ümumi dəyərinin 50% – dən çox heyvan sahiblərinə ziyan deməkdir. Brusellozun seroloji müayinə üsullarının (Çəhrayı benqal sınağı (ÇBS), Aqqlütinasiya reaksiyası (AR), Komplimentin birləşmə reaksiyası (KBR) Immun ferment analiz (ELISA), Süd həlqə reaksiyası, (SHR) və ya digər spesifik anticismlərin axtarılmasına əsaslanan reaksiyalar) müsbət nəticələri alman mikrobioloqu Robert Koxun xəstəliyin sübut edilməsi üçün təklif etdiyi triada şərtinə cavab vermir. Infeksion xəstəlikləri xarakterizə edən bir neçə əlamətlər vardır; xəstəliklərin dövrlərlə inkişaf etməsi, törədicisinin olması, ona qarşı spesifik anticismlərin, immunitetin əmələ gəlməsi, xarakterik kliniki əlamətlərlə büruzə verməsi və bioloji sınaq zamanı xəstəliyin modelini yaratması kimi xüsusiyyətlər və.s. Lakin bruselloza seroloji üsullarla diaqnoz qoyulan heyvanlarda göstərilənlərə rast gəlinmir. Aparılan praktiki tədqiqatlardan məlum olmuşdur ki, vahid inaktivləşdirilmiş bruselloz antigeninə qarşı 4 – 5 ci gün, zəiflədilmiş bruselloz vaksinlərinə qarşı 15 – 21 – ci gün, virulentli brusellalara qarşı 25% – ə qədər heyvanlarda yoluxdurulmuş hind donuzları və ada dovşanlarında 30 – cu gün spesifik anticismlər əmələ gəlir. Qalan yoluxdurulmuş hind donuzları və ada dovşanlarının 75 % – də isə 135 günə qədər mövcud seroloji reaksiyaların nəticələri mənfi, bakterioloji müayinələrin nəticələri isə müsbət olmuşdur. Deməli, brusellaların virulentliyi artdıqca spesifik anticismlərin əmələ gəlmə müddəti uzanır. Bu isə nəticədə brusellaları yayan heyvanların mövcud spesifik anticismlərin axtarılmasına əsaslanan seroloji üsullarla aşkar edilə bilmədiyindən, həmin heyvanların ifrazatları və məhsulları ilə heyvan və insanların yoluxmasına səbəb olur. Brusellozun törədiciləri somatik antigendən və hialironidaza fermentindən ibarətdir. Brusellaya invazivlik verən onun fermentidir. Spesifik anticismlərin əmələ gəlməsinə səbəb isə brusellanın somatik antigenidir. Antigen ayrılıqda çoxalmaq və ya xəstəlik törətmək qabiliyyətinə malik deyil. Fermentlər 43 dərəcə C – dən yuxarı temperaturlarda parçalanır. Alınmış nəticənin komissyon yoxlanılması zamanı təsdiq edilmişdir ki, brusellozun somatik antigeni 3 – saat qaynadıldıqda belə spesifik anticism əmələ gətirmə qabiliyyətini itirmir. Brusellozlu heyvanların əti konservasiya, süd məhsulları isə pasterizasiya edilir. Təkrar bişirilmiş ət və pasterizə edilmiş südlə somatik bruselloz antigeni insan orqanizminə düşdükdə 7-10 gün ərzində spesifik anticismlərin əmələ gəlməsinə səbəb olmaqla, həmin insanın Rayt, Heddelson seroloji müayinə metodları ilə bruselloz adlandırılmasına və insanların bruselloz əleyhinə bakteriosid kimyəvi preparatlarla müalicəyə cəlb olunmasına və həyat üçün vacib olan orqanların funksya pozulmalarına səbəb olur. Apardığımız tədqiqatlar zamanı məlum olmuşdur ki, diaqnostik titr göstəricilərində mixbərdə əlavə olunmuş vahid bruselloz antigenini spesifik anticismlər tam (lizis) əridir, həmin çöküntü ilə bioloji sınağın nəticəsi ÇBS, HPR ilə mənfi olur. Diaqnostik titrdən sonrakı titrlərdə isə mixbərdə vahid bruselloz antigeni lizis olmadığından bioloji sınaq zamanı spesifik anticismlərin əmələ gəlməsinə səbəb olur. Bu proses in vivo da getdiyindən həmin orqanizmin nəticədə brusellalardan təmizlənməsinə səbəb olur. Bu səbəbdən həmin şəxslər başqa insanları yoluxdura bilmir və “bioloji dalan” adlandırılır! Spesifik anticismlərə görə heyvanların məcburi kəsimə göndərilməsini, insanların əlavə antibakterisid kimyəvi preparatlarla müalicəyə cəlb edliməsini və virulentli mikrobları yayan orqanizmlərin mövcud seroloji üsullarla aşkar edilməməsini nəzərə alııb, biz spesifik anticismlərin axtarılmasına əsaslanan üsulların yalnız immun fonun təyin edilməsi üçün, brusellozun diaqnostikasında isə müəlliflər tərəfindən şərti adlandırılmış “ABNUREL” Triada reaksiyasını (bakterioloji, seroloji Həlqə Presipitasiya reaksiyası (HPR) və bioloji sınağın komleks qiymətləndirilməsi) tövsiyə edirik.

Heyvan orqanizmləri müxtəlif immun vəziyyətdə olduğundan, xəstəliyin müxtəlif dövrlərində mövcud seroloji üsullarla ona diaqnoz qoymaq çətinlik törədir. Spesifik anticismlərin axtarılmasına əsaslanan seroloji üsullar brusellaları yayan orqanizmləri tam aşkar etmir, brusellanın axtarılmasına əsaslanan kütləvi müayinə üçün daha səmərəli üsulların axtarılmasını tələb edir. Problemin dəqiqləşdirilməməsi xəstəliyin diaqnostikası və müalicəsinin təkmilləşdirilməsinə sədd çəkmiş, xəstəliyin daha səmərəli müalicə vasitələri bu səbəbdən bu günə qədər işlənib hazırlanmamışdır!

Tərəfimizdən alınmış nəticələrin müvafiq sahələrdə tətbiqi xəstəliyin spesifik profilaktikasına və müalicəsinin asanlaşdırılmasına təkan verəcək, bu isə iqdisadi inkişafa səbəb olmaqla, qida təhlükəsizliyini təmin edəcək, mövcud problemləri aradan qaldırmaqla, xəstəliyin ləğvi üçün mühüm əhəmiyyət kəsb edir. Dünyada və eləcə də Respublikada bu problemin ilk dəfə həlinə müraciət edilməsi məhz bu baxımdan əhəmiyyətlidir.