ALINMIŞ ƏSAS NƏTİCƏLƏR

Alınmış əsas nəticələr

1. Təcrübələrdən bizə məlum olmuşdur ki, vahid bruselloz antigeninə qarşı 4 – 5 ci gün, REV – 1 vaksindən hazırlanmış antigenə qarşı 11 – 14 gündən sonra spesifik anticismlər əmələ gəlir. Vaksin ştamından hazırlanmış antigenin vahid bruselloz antigendən fərqli cəhəti; HPR – ilə 16 – 30 dəqiqə deyil, 1 – 3 saat ərzində reaksiyanın ləngiməsinə səbəb olur ki, bu da vaksinasiya olunmuş heyvanların virulentli mikrobla yoluxmuşlardan və çarpaz aqqlütinasiyadan təfriq edilməsində ən yaxşı vasitə hesab edilir.

2. Brusellozun kəskin yoluxma fazasında bakterioloji, bioloji, Zəncirvari Polimeraza reaksiyası (ZPR) və “ABNUREL” Triadanın nəticələri müsbət, mövcud seroloji üsullar isə (ÇBS, AR, KBR, SHR, ELİSA və s) mənfi göstərir. Mövcud seroloji üsulların müsbət nəticələri bakterioloji, bioloji, ZPR və “ABNUREL” Triada reaksiya ilə mənfi göstərir. Yeni üsulda brusellanın spesifik boy verməsi 72 saatda müşahidə olunur, bioloji sınağın nəticəsi 5 gündən sonra nəzarətlə müqayisə edilərək qiymətləndirilir. Reaksiyanın kompanentləri yerli istehsala malik olmaqla, asandır, iqdisadi cəhətdən və kütləvi müayinə üçün daha səmərəlidir. Sağlam heyvana 72 – saata, xəstə heyvana 8 – gündən sonra ekspertiza verilir. Bu üsulun üstün cəhəti qazanılmış steril immuniteti olan, peyvənd olunmuş və ya immun sistemi zəif olan brusellozlu heyvanları və çarpaz aqqlütinasiya verən orqanizmləri təfriq edə bilir, həmin heyvanların qarışıqda məcburi kəsimə verilməsinin qarşısı alınır.

3. Yeni üsulda qan birdəfəlik steril 1, 3, 5 və 10 qramlıq şprislərlə alınır, birbaşa yerindəcə bulyona əkilir. Bakterioloji, bioloji metodlar və qida mühitləri və HPR – nın iş rejimi ilk dəfə təkmilləşdirilir. Diaqnostik titr göstəricilərin mövcudluğu “in vitro” bakteriolizis olduğundan, brusellozdan təbii sağalma göstəricisidir. AR – in 18 saatdan sonrakı diaqnostik titrdəki mixbərdə olan çöküntüyə (in vitro) qarşı bioloji sınaq zamanı spesifik anticismlər əmələ gəlmir, lakin sonrakı titrlərdə spesifik anticismlər əmələ gəlmişdir.

4. Xəstə çıxarılmış heyvanın və ya vahid bruselloz antigeni ilə hiperimmunizasiya olunmuş ada dovşanların 1 : 1280 titrdə serumu eksperimental olaraq ölümcül doza ilə yoluxdurulmuş, brusellozun kəskin yoluxma fazasında 6, 5 ml 2 dəfə, 1 gün fasilə ilə intrperitonal immunizasiyası zamanı (ölümcül ada dovşanının) kliniki sağalmasına səbəb olmuşdur. Lakin seroloji reaksiyalar müsbət olmuş, həmin ada dovşanın 10 gündən sonra dalaq, qaraciyər, limfa vəzi və borulu sümük iliyindən mövcud və yeni maye, bərk qidalı mühitlərin əkmələr zamanı nəticədə spesifik boy müşahidə edilməmiş, orqanlardan hazırlanmış 1: 10 – a suspenziyalarla hər nümunədən 2 – baş ada dovşanları üzərində bioloji sınaq qoyulmuş, ÇBS – ilə 5 gündən sonra nəticə mənfi olmuş, nəzarətdə eyni müddət ərzində vahid bruselloz antigeni və REV – 1 vaksindən hazırlanmış antigen inyeksiya edilmiş, qanın serumu vahid bruselloz antigeninə qarşı 4 – 5 ci gün, Rev – 1 dən hazırlanmış antigenə qarşı 11 – 14 gündən sonra ÇBS və AR 1: 80 titrdə müsbət olmuşdur. REV – 1 vaksinin 5 – 6 dəfə qida mühitlərinə əkmələr zamanı patogenliyi ada dovşanı və siçovullar üçün güclənir, vaksindən hazırlanmış antigenə qarşı 1 : 2560 titr spesifik hiperimmun bruselloz serumu brusellaların siçovulun orqanizmdə təmizlənməsinə səbəb olmuş, lakin sekundar infeksiyaların fəallaşmasından siçovullar ölmüşdür. Bu isə hiperimmun serumla paralel ağrıkəsicilər, antibiotiklər və immunomodulyatorlarla terapiyanın gələcəkdə birgə tətbiq edilməsini tələb edir.

5.Bruselloz antigeni üzərində alınmış nəticələri, patogen brusellalarla eyniləşdirilməsi düzgün deyil, çünki brusella antigeni xarici mühitdə uzun müddət davamlılığa malikdir, hətta 3 – saat qaynadıldıqdan sonra da spesifik anticism əmələ gətirmə qabiliyyətini itirmir. Bruselloza diaqnoz qoyularkən bruselloz antigeninin bu xüsusiyyəti mütləq nəzərə alınmalıdır!

6. Təbii qazanılmış steril immunitet və vaksinasiyadan sonra immunoloji reaksiyalar müxtəlif dərəcədə müsbət ola bilər, xəstəliyin kliniki əlamətləri olmadan, seroloji reaksiyaların müsbət olması bruselloza diaqnoz qoyulmasına əsas vermir, hemokulturanın ayrılması, bioloji sınağın müsbət olması diaqnozu təsdiq edir.

7. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin 21.04.2014 tarixli 13 saylı əmrinə əsasən yeni diaqnostika üsulunun mövcud üsullarla müqayisədə səmərəliliyini yoxlamaq üçün Quba Zona Baytarlıq Laboratoriyasının (ekspertiza № 291) verdiyi 25 baş xəstə və 20 baş sağlam heyvandan götürülmüş qan və süd nümunələri mövcud və yeni üsullarla müqayisəli yoxlanılması üçün Respublika baytarlıq Laboratoriyasına təqdim edilmiş, bakterioloji, ZPR, ELISA və yeni üsulla yoxlanılmışdır. Alınmış nəticələrə əsasən seroloji üsullarla müsbət vermiş 25 baş xəstə heyvanın ZPR-lə yoxlanılması nəticəsində yalnız 25 başdan 5 başı xəstə heyvan kimi müəyyən edilmişdir. ELISA-nın nəticələrinə əsasən İg G 24 baş xəstə heyvanın 2 – si mənfi, qalanları müsbət olmuşdur, eyni zamanda sağlamlardan 9 -da İg G ilə müsbət olmuşdur. Mövcud və yeni üsulla araşdırmaların müqayisəvi nəticələri bakterioloji və yeni üsulla 25 baş heyvanın xəstə olmadığını, ZPR –isə 80% heyvanın 20 başın xəstə olmadığını, ELISA isə 25 xəstədən 22 başın müsbət, 20 baş sağlamdan 9 başın müsbət verdiyi təsdiq edilmişdir. Sağlam və xəstə heyvanlarda orta hərarət göstəricisi 38,8 C olmuşdur. Vizual müayinə zamanı xəstəliyin xarakterik kliniki əlamətləri olmamışdır.