ÜMUMİ MÜDDƏALAR

Ümumi müddəalar

4.1. Heyvanlarda bruselloza diaqnoz təsərrüfatın epizootoloji vəziyyəti, xəstəliyin xarakterik kliniki əlamətləri, anamnez və “ABNUREL” Triada reaksiyasının kompleks qiymətləndirilməsi ilə qoyulur.

4.2. Bruselloza diaqnoz qoyularkən süd, qan nümunələri və patoloji material götürülən zaman qüvvədə olan qaydalara və təlimatlara uyğun olaraq insanların yoluxmasının və ətraf mühitin çirklənməsinin qarşısını ala biləcək tədbirlərə rəayət edilməlidir.

4.3. Bruselloza diaqnoz o zaman düzgün qoyulmuş hesab edilir ki, brusella təmiz kultura kimi ayrılsın, nəzarət və təcrübə mixbərlərində özünü standart bruselloz antigeni kimi aparmış olsun. Yəni, hər iki nəzarət mixbərlərində eyni müddətdə neqativ serumla aydın nəzərə çarpan mənfi nəticə, monospesifik pozitiv (hiperimmun) serumla isə aydın, gözlə görünən həlqə əmələ gəlsin (presipitasiya) və mixbərin dibinə çöksün. Həmin suspenziyanın bioloji sınaqla nəticəsi müsbət olsun. (“ABNUREL” Triada reaksiyası).

Müsbət nəticələr paralel olaraq ELİSA ilə İg M -ə görə və ZPR – in qəbul olunmuş mövcud təlimatına uyğun olaraq müayinə edilə bilər.

4.4. Xəstə çıxmış heyvanlar dərhal təcrid edilir, xüsusi rejimli kəsim şöbələrində zərərsizləşdirilir, digər heyvanlar müayinəyə cəlb olunur və cari təklif etdiyimiz son dezinfeksiya rejimi ilə xidmət əşyaları zərərsizləşdirilir, bina daxili, bina ətrafı sahələrdə dezinfeksiya aparılır.