MÜAYİNƏ ÜÇÜN NÜMUNƏLƏRİN GÖTÜRÜLMƏSİ VƏ GÖNDƏRİLMƏSİ

Müayinə üçün nümunələrin götürülməsi və göndərilməsi

5.1. Laborator müayinə üçün nümunə hər bir heyvandan ayrıca olaraq sterillik gözlənilməklə 1 dəfəlik şpislə götürülür, bulyon qida mühitlərinə yerindəcə əkilir və qablaşdırılaraq həmin gün laboratoriyaya göndərilir.

5.2. Bruselloza müayinə üçün süd, qan, sidik, heyvanın ifrazatları və məhsulları, kəsilmiş xəstə heyvandan sümük iliyi, limfa vəzisi və s. götürülə bilər.

5.3. Laboratoriyaya göndərilmiş süd, qan və patoloji materiallara qoşma təliqə əlavə edilir. Təliqədə heyvanda bruselloza xarakterik müvafiq klinik əlamətlərin olub – olmaması, qısaca təsərrüfatın bruselloza görə epizootik vəziyyəti, eyni zamanda başqa oxşar xəstəliklərə şübhəli əlamətlərin olub – olmamasına dair anamnez məlumatları qeyd olunur.