ELMİ RƏHBƏR

Elmi rəhbər

Azərbaycan Elmi – Tədqiqat Baytarlıq İnstitutunun Heyvanların İnfeksion xəstəlikləri öyrənən laboratoriyasının baş elmi işçisi, baytarlıq elmləri doktoru, baytarlıq mikrobiologiyası, epizootologiyası, virusologiyası və immunologiyası ixtisasları üzrə professor Qara Əli oğlu Sarıyev

Metodik vəsait – Aqrar Unveristetin Baytarlıq Təbabəti fakultəsinin İnfeksion kafedrasında, (29 dekabr 2005 ci il tarixində, 5 saylı protokol) Tibb Unversitetinin mikrobiologiya və immunologiya kafedrasında, (30 iyun 2006 – cı il, 9 saylı protokol, dossent t. e. n, dossent A. Qurbanovun 2006 cı il tarixli rəyi) Y. R. Kovalenka adına Ümumrusiya Elmi – Tədqiqat Eksperimental Baytarlıq İnstitutunda geniş müzakirə edilərək ideya və qarşıya qoyulan məsələlər bəyənilmişdir. (Moskva alimlərinin rəyi, 01 – 06 iyun 2009 cu il) Alınmış nəticələr Az. Elmi – Tədqiqat Baytarlıq İnstitutunda komissyon yoxlanılmış və təsdiq edilmişdir. (24. 12. 2008 – ci il tarixli akt) Az. ETBİ – nin Elmi şurasında alınmış əsas nəticələr geniş müzakirələr edilmiş, hesabatlar qəbul edilmiş və elmi məqalələr nəşr edilmişdir. (2009 – 2010 illik hesabatlar) N. E. Bauman adına Kazan Baytarlıq Akademiyyasının alimləri epizootologiya kafedrasının müdiri, baytarlıq elmlər doktoru, professor R. X. Ravilov və Mikrobiologiya və virusologiya kafedrasının müdiri, baytarlıq elmlər doktoru, professor A. K. Qaliulin tərəfindən bəyənilmiş, baytarlıq praktikasında tətbiq edilməsi tövsiyə edilmişdir. (06. 12. 2011 – ci il tarixli rəyi.) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Tibbi Elmi Şurasında müzakirə olunmuş, aidiyyəti üzrə mütəxəssislər tərəfindən tövsiyələr verilmişdir. (06.06.2013 tarixli, 17/19-4653 saylı məktuba rəyləri ələvə olunub.) 21.04.2014 cü il tarixdə DBX-nin 13 saylı əmri ilə yeni üsulun mövcud üsulla müqayisəvi səmərəliliyi komissyon yoxlanılmışdır. (Nəticələr Xaçmaz rayon Baytarlıq İdarəsinin rəisi və Respublika Baytarlıq laboratoriyasının direktoru tərəfindən təsdiq edilmişdir.) Həmin AKT-lar da göstərilən müqayisəvi nəticələr 01/07/2014 cü il tarixdə Tibb Universitetinin Mikrobiologiya və İmmunologiya Kafedrasında müzakirə edilərək bəyənilmiş və nəşr etdirilməsi tövsiyə edilmişdir.